Nizamı ilinin Mətbuat Günündə…

Dahi şair sağ olsaydı, SÖZ barədə yenə eyni eyhamı vurardı:
“Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün inci tək mənası solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.
Əsli təmiz olan saf mirvarilər
Suya və torpağa min bəzək vurar.
Mədənlə dolsa da hər bir xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.
Ürəyi oxşayan bir dəstə çiçək
Yüz xırman otundan yaxşıdır gerçək!
Yüz ulduz yansa da göylərdə, inan,
Bir günə baş əymək xoşdur onlardan.
Göydə parlasa da nə qədər ulduz,
Günəşdir nur verən aləmə yalnız”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.