“Nizami ili”nə həsr olunan “Xəmsə” adlı beynəlxalq turnir keçiriləcək

“Gaming League Azerbaijan” (GLA) Azərbaycan Kiberidman Federasiyasıyla birlikdə Gənclər və İdman, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin dəstəyilə dünyanın ən populyar virtual döyüş növü olan “Counter-Strike”: “Global Offensive” (CS:GO) oyunu üzrə “Xəmsə” beynəlxalq turnirini keçirməyə hazırlaşır.

Xatırladaq ki, 2021-ci il ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami ili” elan olunub. Azərbaycan şairi Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır və ona böyük şöhrət qazandırıb. Məhz buna görə də təşkilatçılar turniri “Xəmsə” adlandırıb.

Azərbaycan təmsilçiləriylə yanaşı yarışda digər ölkələr də mübarizə aparacaq. Ümumilikdə “Xəmsə” turnirində 16 komanda olimpiya sistemiylə yarışacaq. Bütün oyunlar “Во3” sistemiylə keçiriləcək. Turnir martın 27-də start götürəcək və aprelin 4-də başa çatacaq.

Yarışın ümumi mükafat fondu 5000 ABŞ dolları təşkil edir.

“Instagram” ünvanı: Glahub

Youtube ünvanı: Glahub

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiberidman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 10-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.