Musiqili Teatrın aktrisası TÜRKSOY-un Opera Günlərində iştirak etdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının istedadlı aktrisası Eleonora Mustafayeva Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyi ilə əlaqədar Özbəkistanın Fərqanə vilayətində keçirilən XXIV Türk Dünyası Opera Günlərində iştirak edib.

Bu barədə  teatrın mətbuat xidmətindən bildirilib.

Aktrisa Özbəkistan Dövlət Filarmoniyasının milli simfonik orkestrinin müşayiəti altında (dirijor Əlibəy Kabdurahmanov) “Azərbaycan elləri” (Fikrər Əmirov) mahnısını, eləcə də dünya klassiklərinin əsərlərini ifa edib.

Opera Günlərində ölkəmizi təmsil edən yeganə iştirakçı – Eleonora xanımla yanaşı, Türk dünyasının opera ulduzları Venera Alpysbayeva (Qazaxıstan), Nematillo Zikrullayev (Qazaxıstan), Ataxan Aybek Uulu (Qırğızıstan), Şirin Mamatova (Özbəkistan), Rövşən Bayramov (Türkmənistan), Ayşə Beril El (Türkiyə), Həvva Özdəmirağ (Türkiyə), Damyrak Monquşun (Tuva R.F.) da çıxışları maraqla qarşılanıb.
Tədbirdə fəal iştiraklarına görə vokalçılara TÜRKSOY-un diplomları təqdim olunub.image-eleonora-mustafayeva2image-eleonora-mustafayeva4image-eleonora-mustafayeva6image-eleonora-mustafayeva11image-eleonora-mustafayeva13image-eleonora-mustafayeva8

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.