Müşfiq Cəfərov: ‘Prezident İlham Əliyevin Münhendəki debatı gənclərimizə örnəkdir’

Beynəlxalq auditoriya qarşısına demokrat imici ilə çıxan “Paşinyan növbəti dəfə sübut etdi ki, dövlət başçısı üçün tikilən kostyum onun əyninə böyükdür”.

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tarixi faktlara əsaslanaraq Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddialarında əsassız olduğunu, Ermənistan baş nazirinin və dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırdı.

Bunu  Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov bildirib. Müşfiq Cəfərov qeyd edib ki, bu zamana qədər iki ölkə rəhbəri münaqişə ilə bağlı ictimai müzakirələrdə çıxış etməyib. İlham Əliyevin 45 dəqiqəlik müzakirələr zamanı Paşinyandan daha arqumentli danışması, onun üzərində psixoloji üstünlük əldə etməsi bütün Azərbaycan gəncliyi üçün nümunəvi çıxış oldu.

İlham Əliyevin davranışı, periodik olaraq Paşinyanın çıxışlarına təbəssümü, bəzən isə açıq şəkildə gülməsi bu görüşə tam hazırlıqlı gəldiyinin sübutu idi. Azərbaycan tərəfi ənənəvi arqumentlərini təkrarladı. Paşinyan görünür ki, buna hazır deyildi və mənasız “münaqişə hər üç xalqın: Azərbaycan, Ermənistan və Qarabağ maraqlarına cavab verməlidir” tezisindən başqa heç nə deyə bilmədi.Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşləri ilə bağlı materiallar dərc edib, Ermənistanın baş nazirinin görüşdə gülünc vəziyyətə düşdüyündən yazıb.

Müşfiq Cəfərov onu da vurğulayıb ki, dünya ictimaiyyətinin gözü önündə ölkə Prezidenti İlham Əliyevin “Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib”-qəti şəkildə səsləndirdiyi bu fikirlər Ermənistan hökumətinin işğalçı siyasətini bir daha ifşa edib.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri vasitəsi ilə bir daha dünyaya bəyan edildi: Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı kimi qalacaq. (Ganjanews.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.