Müəllimlərdən pul tələb edən direktor barədə araşdırma başladı –

Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun səs yazısı və müəllimlərin ittihamları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl N.Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundovanın səs yazısı təqdim olunub.

Şikayətdə direktorun məktəbə qəbul edilən şagirdlərin valideynlərindən pul tələb etdiyi bildirilir.

Məlumatda o da qeyd olunur ki, direktor valideynlərdən 5 yaşlı uşaqlar üçün qrupların açılmasına görə 100 AZN tələb edir. Şikayətçinin sözlərinə görə, Nəcibə Axundova sinif rəhbərliyi verilən müəllimlərdən də 1000 manat pul istəyir.

Əldə etdiyimiz məlumata görə, direktor hətta müəllimləri də təhqir etməkdən çəkinmir.

Məktəbin müəllimlərindən biri direktorun təzyiqindən intihar həddinə çatdığını da qeyd edib.

Direktorun səs yazısını təqdim edirik:

Nərmin VÜQARQIZI

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.