Müəllimlərə ən çox maaş verən ölkələr hansılardır?

Müəllimləri ən çox maaş aldıqları ölkələrin siyahısını təqdim edirik:
Yaponiya – Gündoğar ölkədə müəllimlərin illik əməkhaqqı 62 min dollardır;
İrlandiya – İrlandiyada müəllimlərin illik əməkhaqqı Yaponiyaya nisbətən daha çoxdur. Burada məbləğ 65 min dollardır;
Kanada – Kanada da məbləğ Yaponiyaya bərabərdir. Bu ölkədə müəllimlərin illik əməkhaqqı 65 min dollardır;
Niderland – “Zanbaqlar ölkəsi”ndə  müəllimlərin illik əməkhaqqı 66 min dollara bərabərdir;
Avstriya – Avstriyada da müəllimlərin illik əməkhaqqı Hollandiyadakı kimi 66 min dollardır;
ABŞ – Dünyanın ən güclü ölkələrindən olan ABŞ-da müəllimlərin illik əməkhaqqı da digər ölkələrə nisbətən daha çoxdur. ABŞ-da məbləğ 67 min dollara bərabərdir;
Cənubi Koreya – Son dövrlər bütün dünyanın diqqətini cəlb edən Cənubi Koreyada müəllimlərin əməkhaqları da olduqca yüksəkdir. Burada bir müəllimin illik əməkhaqqı 75 min dollardır;
Almaniya – Almaniyada müəllimlərin illik əməkhaqqı 75 min dollardır;
İsveçrə – Dünyanın ən təhlükəsiz ölkəsi sayılan İsveçrədə müəllimlərin illik əməkhaqqı 92 min dollardır;
Lüksemburq – Dünyada müəllimlərin ən yüksək əməkhaqqı Lüksemburqdadır. Burada müəllimlər bir il ərzində 137 min dollar maaş alırlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.