Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

Etmtv. news xəbər verir ki, iclası açan rektor Şahin Bayramov gündəlikdə duran məsələlər barədə məlumat verib.

İclasda MDU-nun magistratura səviyyəsində tədrisin təkmilləşdirilməsi, eləcə də bakalavr və magistrlərin karyera inkişafının təmin edilməsi vəziyyəti və təcrübələrin təşkili haqqında məsələlər müzakirə edilib. Gündəlikdə olan məsələlərlə bağlı müvafiq olaraq Elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov və Tədris şöbəsinin müdir müavini Üzeyir Zeynalov məruzələrlə çıxış ediblər.

Rektor Ş.Bayramov müzakirə olunan məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib. Müzakirələrdən sonra hər iki məsələ barədə təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Sonra cari məsələlərə baxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.