Azərbaycan Milli Konservatoriyasında Musiqi Günü qeyd olundu .
Azərbaycan musiqisinin baş tacı olan dahi Üzeyir bəyin doğum gününə tasadüf edən Milli Musiqi Günündə hər kəs sevinir. Bütün mədəniyyət və incəsənət xadimləri ilə Fəxri Xiyabana gedirik. Dahi Üzeyir Bəyin Azərbaycan Milli musiqisinin inkişafında müstəsna rolu olub. Musiqi təhsili onun adıyla bağlıdır. Üzeyir bəy yazdığı əsərlərlə bəşəriyyətə musiqi gözəlliyini çatdıran fenomen sənətkarımız olub.
Ziyarətdə Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatpriyasının rektor və idarə heyəti iştirak edib. Mədəniyyət Nazirinin müavini Murad Hüseynov dahi bəstəkarın məzarı önündə toplaşan hər kəsi salamlayıb, sözü təhsil ocaqlarının rektorlarına verdi. Azərbaycan Milli Konservatoryasının rektoru, Xalq artisti Siyavuş Kərimi öz çıxışında vurğuladı : – Üzeyir Hacıbəylinin təkcə musiqinin inkişafında yox, Azərbaycan musiqi təhsilinin inkişafında, publisist kimi Azərbaycan mətbuatının inkişafında böyük xidətləri olan bir sənətkardır. O, musiqi təhsilinin təməlini qoydu. Yalnız indiki musiqi təhsili onun etimadını doğrulda bildimi. Üzeyir Hacıbəyli Azərbaycan dövlətinin mədəni inkişafı həyatında çox böyük şəxsiyyətdir. Allah rəhmət etsin.Ruhu şad olsun.
Fəxri Xiyabana ziyarətdən sonra Azərbaycan Mİlli Konservatoriyası heyəti və qonaqları Universitetin həyətində təşkil olunmuş Milli Musiqi Günü münasibəti ilə bayram Konsertində iştitrak edib. AMK nın tələbələrindən ibarət Dirijorluq kafedrasının Xalq Calğı alətləri orkestrinin ifalarını dinlədilər.
Əlbəttə ki, səsləndirilən musiqilər uzeyir Hacıbəylı yaradıcılığını əhatə edirdi. Milli Musiqi bayramı münasibəti ilə Azərbaycan Milli Konservatoriyasında UNESCO nəzdində Ənənəvi rəqs üzrə Beynəlxalq şuranın (İCTMD) nin, “Türk dünyasında musiqi və rəqs” , Qlobal Musiqi Tarixi Araşdırma Qruplarının “Qədim mirasın əks-sədaları, Musiqi və rəqs irsinin öyrənilməsi” adlı Beynəlxalq Simpozium keçirilir.
Simpozium sentyabr ayının 18-də öz işinə start verdi və ayın 22 -qədər davam edəcək. Hər gün bir – birindən maraqlı Mövzu panellərində Elm xadimləri Müxtəlif ölkələrin musiqişünasları, sənətkarları bu Simpoziumda iştirak edirlər. Qeyd etməliyik ki, Simpoziumla bağlı ayrı -ayrı dövlətlərdən öz çıxışları üçün bir çox qonaq gəlmişdir. Əziz musiqiçilər, musiqinin təhsilini yaşadanlar, Azərbvaycan Musiqisi dahilər, sənətkarlar yetişdirib. Sənətkarlar ürəylərə yol tapan, şahlıq quran əsərlər meydana gətirib və bu əsərlər Azərbaycan Xalqının irsini, tarixini, aliliyini müəyyənləşdirib.
Yaşasın Azərbaycan musiqisi! Butün musiqiçilərin gözəl bayramı mübnarək olsun! Musiqi bütün əlifbaları aşıb səs ilə insan ruhuna yola tapa bildi. Bizə isə onu yaşatmaq qalır.
Musiqi ilə qalın.
Bayramınız mübarək!
Aysel Fikrət,
AMK- nın mətbuat katibi.