Meymunçiçəyi infeksiyası pandemiya xarakteri daşımır:- Narahatlığa əsas yoxdur!

“COVID-19 pandemiyasından sonra insanlarda meymunçiçəyi infeksiyası ilə əlaqədar narahatlıq artıb. İnsanlar düşünür ki, koronavirus bitmək üzrədir, lakin yeni bir virus gələ bilər. Bu da cəmiyyətdə həyəcana səbəb olur. Lakin narahatlığa əsas yoxdur”.

Bunu açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

Həkim bildirib ki, meymunçiçəyi infeksiyası pandemiya xarakteri daşımır: “Afrikanın müəyyən ölkələrində endemik ocaqları var və meymunçiçəyi təbii ocaqlı bir infeksiyadır. Bu infeksiyanın mutasiyaya uğrayaraq yüksək sürətlə yayılması mümkün deyil. Tarixdə də meymunçiçəyi pandemiyası müşahidə edilməyib. Təbii çiçək xəstəliyinin pandemiyası olub. Hər iki virus bir qrupa daxil olsa da, müstəqil xəstəliklərdir”.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) insanlar arasında meymunçiçəyi xəstəliyinin yayılmasının tamamilə qarşısını almağın mümkün olmadığı fikrinə münasibət bildirən həkim qeyd edib ki, görünür, ÜST-də təmsil olunan bəzi rəsmilərin bu infeksiyadan xəbəri yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.