Mehriban Əliyeva milli-siyasi elitamızın qadın obrazıdır

… Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci Vitse-Prezidenti vəzifəsinə təyin olunmasının 4 ili tamam olur. Onun bu mühüm dövlət postuna təyin edilməsi ölkəmizin ictimai-siyasi tarixində yeni və əlamətdar hadisə kimi yadda qaldı.
… Mehriban Əliyeva ölkəmizin siyasi meydanında statusuna görə yetərincə nüfuzlu simadır. Azərbaycan cəmiyyəti Onun Birinci xanım və Birinci vitse-prezident kimi Liderliyinin milli iintibaha dərin töhfə verməsinin canlı şahididir.
… Mehriban xanım qısa müddət ərzində Cənab Prezident İlham Əliyevin yazdığı uğur salnaməsinə öz zəngin dəst-xəttini əlavə edərək Azərbaycanın möhtəşəm quruculuğuna əvəzolunmaz töhfələrini veribdir.
… Birinci Vitse-Prezident 4 illik fəaliyyəti dövründə həm Prezident İlham Əliyevin, həm də Xalqın yüksək etimadını qazanıb. O ötən dövr ərzində yeni-yeni uğurlara və nailiyyətlərə imza ataraq vəzifəsinin, dövlətin və dövlət başçısının Ucalığını təmin edib.
… Mehriban Əliyeva böyük ictimai-siyasi xadim kimi milli-siyasi elitamızın zəngin simalarındandır. Milli-siyasi elitamızın qadın obrazıdır.
… Azərbaycanın Birinci Vitse-prezidenti həm də cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Onun humanizminin və xeyirxahlığını əhatə dairəsi təkcə Azərbaycanla məhdudlaşmır, Mehriban xanımın siması həm də dünyanın müxtəlif yerlərində xeyirxahlıqda və insana olan səmimi qayğıda Birinci yerdə dayanır.
… Mehriban Əliyeva sülh carçısıdır. Beynəlxalq ictimaiyyət Onu insanlar arasında ayrı-seçkiliyin aradan qaldırılması, sivilizasiyalararası dialoqun möhkəmlənməsi, maddi və mənəvi dəyərlərin hamisi, zor və təhdidlərə qarşı mübarizliyin obrazı kimi tanıyır.
… Mehriban Əliyeva Vətənpərvər, fədakar xanımdır. Birinci vitse-prezident seçildikdən sonra Qarabağ qazilərinə, şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərməkdə, davamlı olaraq onların sosial qayğılarını həll etməkdədir.
… Mehriban xanım zəngin mədəniyyətimizin, tarixi dəyərlərimizin hamisidir. Xoşməramlı səfiri kimi Azərbaycanın tarix və mədəniyyət abidələrini UNESCO-nun Dünya İrsinin siyahısına daxil edilməsində Onun əvəzsiz rolu iftixar doğurur. Onun bu missiyasında daha bir qürurverici tarixi dönəm başlayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu Ermənistanın terrorçu qruplaşmalarını məhv edərək doğma torpaqlarımızı azad etdi. Qarabağdakı tarix və mədəniyyət abidələrimiz də düşmənin caynağından xilas olubdur.
… 2021-ci yanvarın 11-də Cənab Prezidentlə birgə Şuşaya səfər zamanı bu qədim yurd yerimizdə vüqarla dayanan Mehriban xanım Şuşanın hər daşına, qayasına doğmalıqla yanaşaraq yeni nəfəs verəcəyini vəd etdi. Mehriban xanım bütün tarixi-dini abidələrimizi bərpa edəcək və Azərbaycanın mədəniyyət paytaxtının şöhrətini dünyaya təqdim edəcək.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.
May be an image of 1 nəfər və mətn

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.