Mədəniyyət Nazirliyi “Səhnədən səngərə: Qazilər” layihəsinin altıncı buraxılışını təqdim edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Səhnədən səngərə: Qazilər” layihəsinin altıncı buraxılışını təqdim edir: Atəş Qarayev.

Dünyanın ən mötəbər səhnələrini səngər dəyişərək, Vətən müharibəsinə könüllü yollanan Atəş Qarayevin savaşın ən qızğın günlərində də bir arzusu vardı.

Şəhidlik zirvəsinə ucala bilməsə, qəhrəman oğullarımızın şücaətindən bəhs edən əsər ifa etsin.

Ağır döyüşlərin birində Atəşin dayısı oğlu da canını Vətənə fəda edir.

Bu gün Atəş Qarayev sevdiyi sənəti ilə ölkəmizi yenidən təmsil edir.

Vətənin azadlığı yolunda çiyin-çiyinə döyüşdüyü şəhidlərin əziz xatirəsini səhnədə də layiqincə yaşadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.