İnsan dərisində yeni orqan kəşf olundu – Tibdə yenilik

İsveç alimləri insan dərisində əvvəllər tibbə məlum olmayan yeni orqan aşkarlayıblar. Bu, orqan ağrını qəbul edən orqandır.
Etmtv. news AzEdu.az -a istinadən xəbər verir ki, bu günə kimi elmdə hesab edilir ki, dəriyə xaricdə zədə, travma olduqda dəridə yayılmış ağrı reseptorlarına təsir edir, bu impulslar da beyinə ötürülür.
İndi alimlər dəridə qlial hüceyrələrdən ibarət torabənzər orqan aşkarlayıblar, bu orqan tükəbənzər struktura malkdir və kənardan qıcıqlara reaksiya verir.
Eksperimentlər göstərib ki, zərbə zamanı bu tor aktivləşir. Laboratoriyada siçanlarda bu toru blok etdikdə, siçanlar ağrını demək olar ki, az hiss etdilər.
Beləliklə, insan dərisi ilə bağlı əvvəlki təsəvvürlər əvəz olundu. Biz ağrını sinir ucluqları ilə yox, bu torlu orqan vasitəsilə hiss edirik. Belə bir kəşf xroniki ağrı mexanizmi və müalicə barədə yanaşmaları da dəyişəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.