İnkişaf edən Qüdrətli Azərbaycanımız

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra siyasi-ictimai, sosial-iqtisadi xaosdan sabitliyə və inkişafa, ərazi bütövlüyünün təmini kimi mürəkkəb və şərəfli bir yol keçmişdir. Dərin quruculuq işləri milli iqtisadiyyatımızın möhkəm təməllər üzərində qurulmasında və ölkəmizin beynəlxalq aləmdə nüfuz qazanmasında mühüm rol oynamışdır. Ulu öndər Heydər Əliyevin dühası və Prezident İlham Əliyevin  qətiyyətli sərkərdəliyi, siyasi uzaqgörənliyi sayəsində əvvəlki illərdə qarşıya qoyulmuş əsas məqsədlərə , iqtisadiyyatın güclü olmasına, əhalinin yarıdan çoxunu əhatə edən yoxsulluğun minimuma endirilməsinə və ərazi bütövlüyünün bərpasına nail olundu.

Müstəqil Azərbaycan ildən-ilə güclənir və inkişaf edir. Ötən 30 ildə ölkədə tətbiq edilən iqtisadi inkişafın  nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, iqtisadi inkişafın  gücləndirilməsi və ölkənin beynəlxalq nüfuzunun artırılmasına  səbəb olmuşdur.. Bütün sahələrdə həyata keçirilən uğurlu dərin islahatların nəticəsi olaraq ölkəmiz bir çox dövlətlərin uzun illər ərzində əldə edə bilmədiyi nailiyyətlərə imza atıb və dünya ölkələri arasında lider dövlətə çevrilmişdir.

Möhtərəm Prezidentimiz  İlham Əliyev 2021-ci il fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamda qeyd etmişdir ,” Müstəqil Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, Azərbaycan yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib.Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb.Əldə edilən iqtisadi üstünlük, uzun illər formalaşdırılmış ictimai-siyasi və sosial-iqtisadi bünövrə ölkənin hərbi qüdrətini də yüksəltmişdir. Bu nailiyyətlər torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi qələbəyə transformasiya olundu. 2020-ci il noyabrın 10-da imzalanmış tarixi Bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı üçün tam istifadə olunmasına geniş imkanlar yaradır. Əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla yeni imkanlara çevriləcəkdir Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.”

Uzun müddətdir ki, qlobal bəlaya çevrilmiş koronavirus pandemiyası ilə aparılan effektiv mübarizə, bu məqsədlər naminə aparılan həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına imkan verən  əsasları  bir daha gücləndirir. Əvvəlki illərdə aparılmış islahatlar hesabına ölkənin sosial-iqtisadi potensialı artıb, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü yaxşılaşıb. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaradıb.

Azərbaycanın növbəti illər üçün inkişaf istiqamətlərini əhatə edən Milli Prioritetlər yeni strateji dövrdə qarşıda duran hədəflərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.Ölkəmiz günü –gündən inkişaf edir. Ölkəmizin inkişafı naminə daim bir yumruq olaraq Prezidentimizin ətrafında daha sıx birləşməliyik.

Yaşasın Azərbaycan!

Yaşasın Qüdrətli Sərkərdəmiz İlham Əliyev cənabları.!

 

ƏntiqəTağıyeva,

Masallı rayon Hişkədərə sakini.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.