İnformasiya müharibəsi nədir?

Azərbaycanın öz doğma torpaqlarını erməni işğalçılarından təmizlədiyi bir dövrdə İnformasiya müharibəsi termini də tez-tez səsləndirilməkdədir. Bəs bu müharibənin hərfi mənası nədir? O, özündə hansı mübarizə üsullarını daşıya bilər? Günümüzün reallığına əsasən  bu mübarizə nə dərəcədə vacibdir? 

Suallara cavab axtarışına  çıxaq. Beləliklə…

İnformasiya müharibəsi  — informasiya sistemlərinin kənar hücumlardan müdafiəsi, eyni zamanda qarşı tərəf üzərində informasiya üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilən informasiya əməliyyatıdır. Bu tip informasiya əməliyyatlarına qarşı tərəfə məxsus informasiyaya, informasiyaya əsaslamış poseslərə və  informasiya sistemlərinə zərər yetirməkdən ibarət fəaliyyət daxildir.

Günümüzdə düşmən üzərində üstünlük informasiyaların alınması, onlara operativ reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulmasi ilə əldə olunur.

Elm və texnikanın inkişaf etdiyi hazırkı dövrdə hərbi əməliyyatlar ərəfəsində vuruşan tərəflər bir- birinin silahlı qüvvələrinin şəxsi heyətinin, həmçinin əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrindən istifadəyə üstünlük verirlər. Bu təsir vasitələri arasında isə ən çox diqqət ayrılanı artıq bəzi inkişaf etmiş ölkələrin hərbi doktrinasında da öz əksini tapmış, informasiya təsirləridir. Məhz bu təsirləri qiymətləndirən bəzi dövlətlər özlərinin «informasiya müharibələri» strategiyalarını hazırlayıb, müxtəlif əməliyyatlarda onu sınaqdan çıxarıblar. Digər mübarizə metodlarından fərqli olaraq, informasiya müharibələri daha geniş spektrdə aparılır və bunun həyata keçirilməsində müxtəlif vasitələrdən istifadə olunur.

Hərbi analtiklərin gəldiyi qənaətə görə, hazırkı dövrdə informasiya müharibələri daha çox vuruşan tərəflərin informasiya vasitələrindən və texnologiyalarından (yalan, şantaj, hədələmə, ideoloji diversiya) istifadə edərək qarşı dövlətin siyasətinə qarşı narazılıq, şübhə, inamsızlıq yaratması, ordu və əhali arasında münasibətləri pisləşdirməsi formalarında həyata keçirilir. Bununla yanaşı informasiya texnologiyalarının fiziki məhvi də vacib məqamlardan sayılır. Bu da xüsusi silahların silahların, diversiya qruplarının və xakerlərin köməyi ilə həyata keçirilir. Günümüzdə bunu Ermənistanın Azərbaycana qarşı həyata keçirtdiyi işğalçılıq siyasətinin bir hissəsi kimi görürük.

Ekspertlərin fikrincə, informasiya tədricən təminedici üsuldan çıxaraq döyüş növünə çevrilir. Yaxın gələcəkdə düşmən üzərində üçtünlük informasiyaların alınması, onlara tez reaksiyanın verilməsi, real vaxt çərçivəsində düşmənin iqtisadi və müdafiə obyektlərinə atəş və informasiya zərbələrinin vurulması ilə əldə olunacaq. Bu baxımdan da analitiklər informasiya mübarizələrini iki hissəyə ayırırlar:

1.İnformasiyadan müdafiə – öz məlumatlarınıın və inforamasiya strukturlarının düşmən təsirlərindən müdafiəsidir. Bura informasiyaların strateji maskalanması, informasiya infrastruktrunun fiziki qorunması, dezinformasiya, radioelektron mübarizə və s daxildir.

2. İnformasiya zərbəsi – düşmənin informasiya infrastruktrunun tam məhv edilməsi və düşmənə öz qüvvəsindən istifadə imkanı verməməkdir. Burada zərbə vasitəsi kimi strateji maskalanma, dezinformasiya, radioelektron mübarizə, informasiya bazalarının məhvi, düşmənin kompüter şəbəkəsinə hücum, informasiya bazalarına zərbələr və s daxildir. Bu sırada düşmənin elektron informasiya bazalarının kiberməhvi isə xüsusi önəm daşıyır. Qeyd edək ki, hazırkı dövrdə internet vasitəsi ilə düşmənin həyati əhəmiyyət kəsb edən maliyyə, bank sistemi, rabitə, elektrik təchizatı və nəqliyyat vasitələrini iflic etmək mümkündür.

Dəqiq silahlardan fərqli olaraq informasiya qeyd edildiyi kimi daha çox dağıdıcı xarakter daşıyır və bütövlükdə döyüşən strukturları, iqtisadi və sosial sistemləri sıradan çıxarır. İnformasiya mübarizələrinin əsas özünəməxsusluğu isə ondan ibarətdir ki, tərəflər öz informasiya üstünlüklərini lazımi səviyyədə qoruyub saxlamaqla düşmənin informasiya sistemini dağıtmağa çalışırlar.

Ekspertlərin fikrincə, informasiya mübarizəsində yüksək dəqiqlikli informaisiya resursları həm aktiv, həm də passiv müdafiə üçün yığcam proqramlardan ibarət sistemə malik olmalıdır. Düşmənin Hava Hücumundan Müdafiə və Raket Hücumundan Müdafiə Sisteminin aktiv və passiv təsir göstərə biləcək informasiyaları təkcə qorumaq deyil, onlara eyni zamanda əks təsir də göstərə bilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.