İnam Kərimov və Fərid Qayıbov Gəncədə olublar

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov və Kənd təsərrüfatı naziri İnam Kərimov Gəncə şəhərinə səfər edərək, bir sıra müəssisələrdə olublar.
Nazirləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov müşayiət ediblər.
İnam Kərimov və Fərid Qayıbov Azərbaycan Dövlət Aqrar Universitetinin tədris binalarındakı idman zallarında yaradılan şəraitlə tanış olublar. Onlar burada idmançı tələbə-gənclərlə görüşərək, söhbət ediblər.
Sonra Fərid Qayıbov Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevlə birlikdə tikilməkdə olan Gəncə İdman Sarayının inşaat işlərinin gedişatı ilə tanış olub. Bundan əvvəlki baxış zamanı tövsiyə olunmuş məsələlərin icrası barədə məlumat verilib. Müzakirələr zamanı idman sarayının funksionallığının artırılması imkanları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra Fərid Qayıbov Gəncə şəhər stadionunun mövcud vəziyyəti ilə də tanışlıq olub. “Kəpəz” futbol klubunun direktoru İlqar Nadiri və baş məşqçisi Tərlan Əhmədov komandanın hazırkı şəraitdə məşq prosesi barədə məlumat veriblər. Stadion ərazisində inşa edilən “Futbol Akademiyası”nın tikintisi ilə bağlı müzakirələr aparılıb, köməkçi meydançalara baxış keçirilib. Gələcəkdə stadionda yenidənqurma işləri ilə bağlı fikir mübadiləsi həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.