İLİN REKTORU SEÇİLDİ- İbrahim Cəfərov qalib oldu!

Xəbər verdiyimiz kimi, “İslahatçı Gənclər” İctimai Birliyi Editor.az İnformasiya Portalı ilə birlikdə 2019-cu ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə virtual sorğular keçirir. Bu çərçivədə rəhbərlik etdiyi universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm xidmətlər göstərən, tələbə hüquqlarının qorunması və onların ideyalarının dəstəklənməsinə çalışan ali təhsil müəssisəsi rəhbərini müəyyən etmək üçün keçirilən “İLİN REKTORU” sorğusu başa çatıb.

Onlarla ali təhsil müəssisəsinin iştirak etdiyi sorğuda namizəd rektorlar arasında ciddi rəqabət müşahidə olunub. Sorğuda ümumilikdə 67. 906 internet istifadəçisi iştirak edib.

Beləliklə, sorğunun nəticəsinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov sorğu iştirakçılarının 11. 815 nəfərinin(17%) səsini toplayaraq, İLİN REKTORU Fəxri Mükafatına layiq görülüb.

Gərgin mübarizə şəraitində baş tutan sorğuda ikinci yeri 9. 690 səslə(14%) Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, üçüncü yeri isə 8. 705 səslə (13%) Bakı Slavyan Universiteti rektoru Nurlana Əliyeva tutub.

İLİN REKTORU Fəxri Mükafatına layiq görülən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovu təbrik edirik!

Qeyd etmək istəyirik ki, bu sorğunun nəticələri yalnız bu virtual səsvermədə iştirak edən internet istifadəçilərinin mövqeyini əks etdirir. Editor.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.