İlhamsevərlər qrupu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə İlhamsevərlər qrupunun M Ü R A C İ Ə Tİ.

Çox hörmətli Cənab Prezident! Biz İlhamsevərlər qrupu olaraq Ulu öndərin qurduğu müasir Azərbaycanı dünya dövlətləri arasında söz sahibi etməyinizi, dövlətimizin bu günü, sabahı və gələcəyi naminə inamlı addımlarınızı alqışlayırıq və hər zaman Sizinlə olduğumuzu bir daha bəyan edirik!

Son zamanlar həyata keçirilən islahatlar Sizin daha böyük düşüncə tərzinizdən, Vətənimiz Azərbaycanın daha güclü dövlətə çevrilməyindən, gənclərə göstərilən qayğının aliliyindən xəbər verir. Kadrlar dəyişir, gənclik idarəetməyə, yüksək vəzifələrə gətirilir, onlara öz potensiallarını göstərməyə meydan verilir. Bunlar hamısı alqışlanır və qətiyyətinizə heyranlığımızı artırır.

Cənab Prezident, biz 20.000 nəfərlik könüllüdən ibarət qrup olaraq Sizə qarşı yönələn bütün hərəkətlərin qarşısındayıq. Fəaliyyətinizə kölgə salmağa göstərilən cəhdlərin kökünü kəsməyə hazırıq və buna gücümüz artıqlaması ilə çatır. İstər xaricdən, istərsə daxildən baş qaldıran naşükürlərə lazımi cavablar veririk və heç bir təqibdən, hədədən qorxmuruq. Bu Allahın verdiyi ömür yolunda qrupumuzun hər bir üzvünün amalıdır və bu yoldan bizi kimsə döndərə bilməz. Millətimiz bir də ona görə Sizə bağlıdır ki, ölkənin birinci xanımı, çox hörmətli Mehriban xanım Əliyeva da bir siyasi xadim, kövrək və duyumlu ana kimi həmişə xalqının yanındadır. O, Sizin siyasi iradənizin dəstəkçisi, Azərbaycanın milli dəyərlərinin qoruyucusu kimi də həmişə hörmət və izzətlə qarşılanıb, duyan, anlayan insanların könlündə əbədi yer qazanıb. Biz, qrup olaraq, bu böyük ürəkli, cəsarətli və olduqca humanist insanla da qürur duyuruq.

Hörmətli Cənab Prezident, hesab edirik başladığınız bu islahatlar millətimiz və dövlətimiz üçün çox xeyirli olacaq, qəlbi xəyanətlə dolu, kimlərinsə havadarlığı hesabına lap yaxınınıza qədər gəlib çıxanların niyyətlərini gözündə qoyacaq, Azərbaycan Sizin və hörmətli Mehriban xanımın qətiyyəti və millətsevənliyi ilə daha kəskin söz sahibinə çevriləcəkdir. Bu yolda Sizin hər ikinizə uğur arzulayırıq və bir daha bəyan edirik ki, biz son nəfəsimizədək Sizinləyik.

Sizə dərin hörmət və ehtiramla,

İlhamsevərlər qrupunun 20.000 nəfər üzvü adından təsisçilər – Mirfaiq Mirheydərli, Mirisa Heydərov, qrupun üzvləri – Qalib Rəhimli və Solmaz Mirzəyeva.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.