“İDEA” İctimai Birliyi tərəfindən Göygöl rayonunda ekoloji düşərgə təşkil olunub

“İDEA” İctimai Birliyi tərəfindən məktəblilər üçün “Ceyranları qoruyaq!” ekoloji yay düşərgəsi həyata keçirilib. 3 gün ərzində davam edən yay düşərgəsində şagirdlər üçün “Ekosistem xidmətləri”, “Biomüxtəlifliyi qoruyaq!”, “Dostluq və əməkdaşlıq”, “Tanışlıq oyunları”, “Ceyran Eco” ideyalar marafonu və digər mövzularda müxtəlif təlimlər keçirilib, həmçinin ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar verilib. Eyni zamanda şagirdlərin Göygöl Milli Parkına ekskursiyası təşkil olunub.
Yay düşərgəsində “İDEA” İctimai Birliyinin icraçı direktoru Zərxanım Ağayeva və digər məsul şəxslər iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.