Həmkarlar ittifaqları hər zaman ümummilli liderin qayğısını öz üzərində hiss edib   

Ulu Öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra ölkəmizdə 1990-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meylləri aradan qaldırıldı, səmərəli islahatların əsasını qoyuldu. Onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə bütün sahələr üzrə sürətli inkişaf böyük vüsət amağa başladı. Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti nəticəsində Azərbaycanda bütün sahələrdə əsaslı dönüş yarandı, onun ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi ilə az bir zamanda iqtisadi tərəqqi əldə edildi. Ulu Öndər ölkənin inkişaf strategiyasını müəyyənləşdirdi. Bu istiqamətdə Azərbaycanda kompleks tədbirlər həyata keçirildi və qısa müddətdə böyük uğura gedən yolun təməli qoyuldu.

Həmin dövrdən başlayaraq Azərbaycanda həmkarlar təşkilatlarının konkret idarəetmə sistemi yaranmağa başladı və həmin mexanizm 1993-cü ildən başlayaraq, özünün işlək vəziyyətini müasir standartlara uyğun formalaşdırmaq xəttini tutdu.

Müsahibimiz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin sədri, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Bayram Hacıyevdir.

-Bayram müəllim, Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ilə səmərəli islahatlar ilə əsası qoyulan Azad Həmkarlar İttifaqı Komitəsi işində hansı dönüşlər yaratdı?  AHİK öz işində hansı tərəqqini əldə etdi?

-1993-cü ildə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə o öz nüfuzuna, bacarığına və xalqına arxalanıb insanları azərbaycançılıq, müstəqil dövlətçilik və demokratik ideyalar ətrafında birləşdirib, yeni dövlət quruculuğuna başladı. Onun ölkəmizə rəhbərliyi dövründə Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət qurulucuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlanıldı. Məhz bu ildən başlayaraq həmkarlar təşkilatlarının sosial, iqtisadi və mədəni həyatında, insanların rifah hallarının yaxşılaşdırılmasında, işçi hüquqlarının qorunmasında yeni səhifə açıldı.

Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində ciddi dönüş yarandı. Həmin illərdə bu sahədə tənəzzül meylləri aradan qaldırıldı, səmərəli islahatların əsası qoyuldu. Bu təsisat dövlət qurumlarının təsirindən xilas oldu, sərbəst fəaliyyətini təmin etdi. İnzibati amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarıldı, təşəbbüskarlığa, dünya həmkarlar ittifaqları sisteminə inteqrasiyaya yol açıldı. Possovet məkanında ilk dəfə 1994-cü ildə  “Həmkarlar İttifaqları Haqqında” Qanun qəbul olundu. Həmkarlar İttifaqlarının fəaliyyətinə güclü təkan verən bu sənəd xalqın milli xarakterinə hopmuş həmfikir olmaq bacarığının hüquqi bazasını yaratdı.Sovet dövründə bir qədər formal xarakter daşıyan həmkarlar ittifaqları dövrün tələbinə uyğun olaraq bütün sahələr üzrə islahatlara başladı.

Həmkarlar ittifaqlarına şamil edilən hüquqlar 1995-ci ildə qəbul edilən və baş müəllifi Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyası ilə də təsbit edildi. Əmək Məcəlləsinin 19-cu maddəsi də həmkarlar ittifaqlarından bəhs edir. Məcəllədə qeyd olunan bu qanunlar həmkarlar ittifaqlarının hüquqi bazasını xeyli genişləndirdi.

-Ulu Öndərin prezidentliyi dövründə həmkarların müstəqil olması, müəssisə daxilində qanunlar çərçivəsində söz sahibinə çevrilməsi demokrtaiyanın inkişafında danılmaz rol oynadı.

-Heydər Əliyev hər bir isanın haqqının, hüququnun qorunması, sosial rifahının yaxşılaşdırılmasını meyar seçərək, həmkarlar ittifaqlarını bu işlərin avanqardı kimi təqdim edirdi. Proses şaxələnərək bütün qurumlara yeni ab-hava gətirdi.

1998-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birinci qurultayı keçirildi. Prezident Heydər Əliyevin qurultay iştirakçılarına müraciəti oxundu. Ölkə rəhbərinin “Əmin olduğumu bildirmək istəyirəm ki, həmkarlar təşkilatları öz işini yeniləşən cəmiyyətimizin tələblərinə uyğun quracaq, Azərbaycanda müstəqil, demokratik, dünyəvi dövlət quruculuğunda yaxından iştirak edəcəkdir” fikri həmkarlar ittifaqlarının strategiyasına çevrildi.

1999-cu ildə yaradılan Əmək Məcəlləsində Həmkarlar İttifaqları Konfederasiyasının 120-dən çox təklifi nəzərə alındı. Bununla da Həmkarlar İttifaqları Konfederasiyasının cəmiyyətdəki rolu və statusu yüksəldi. İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər isə Konfederasiyasının maliyyə dayaqlarının möhkəmlənməsinə geniş imkanlar açdı.

Ümumiyyətlə, 1993-2003-cü il ərazində Həmkarlar İttifaqları Konfederasiyası 50-dək normativ aktların hazırlanması və ekspertizadan keçirilməsi prosesində əsas qüvvələrdən biri kimi irəli çıxdı.

-Həmkarlar ittifaqları hər zaman ümummilli liderin qayğısını öz üzərində hiss edib. Həmkarlar ittifqları ilə dövlət başçısı arasında olan qarşılıqlı hörmət, səviyyəli münasibət nümunəvi müstəvidə hansı müsbət nəticələrə səbəb olub?

-Heydər Əliyevin yaratmaq istədiyi sağlam mühit hər kəsin ürəyindən xəbər verirdi. Ulu Öndər görülən işlərə qiymət verərkən bildirmişdi: “Azərbacan Həmkarlar İttifaqları Konfederasiyası böyük nüfuza, dəstəyə, geniş şəbəkəyə malikdir”.

Azərbaycan həmkarlar ittifaqları ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını həmişə yüksək qiymətləndirib. Məhz həmkarlar ittifaqları qurultaylarında Heydər Əliyevin prezidentliyə namizədliyini ilk dəfə irəli sürdü. Bu hadisə cəmiyyət tərəfindən alqışılarla qarşılandı.

“Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynamalıdırlar” – Bu fikirlər Heydər Əliyevə məxsusdur. Ulu Öndərin Həmkarlar İttifaqları Konfederasiyasının ikinci qurultayına ünvanladığı müraciətdə əksini tapan bu fikirlər nəinki həmkarların, eyni zamanda, hökumət orqanlarının əbədi yanan məşəli olub.

Heydər Əliyevin Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında iştirak edən xarici nümayəndələri qəbul etməsi ənənəyə çevrilmişdi. Görüşlərdə Azərbaycan həmkarlarının gördüyü işlər qonaqlara nümunə kimi göstərilir, qarşılıqlı fikir mübadiləsi aparılmasının müsbət təsirlərinin genişləndirilməsi yolları müzakirə edilirdi.

Həmkarlar ittifaqları üzvləri arasında fəallığı ilə seçilən insanları Ulu Öndərin rəğbətləndirməsi effektivliyin artırılmasında mühim əhəmiyətə malik idi. Təsadüfi deyil ki, müxtəlif dövlət təltiflərinə layiq görülən həmkarlar ittifaqlarının üzvlərinin sayı başqa müəssisə və təşkilatlarda mükafat alanlardan həmişə çox olub.

Hazırda həmkarlar ittifaqları əmək prosesinə cəlb olunan vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməyə çalışır, sosial siyasətin həyata keçirilməsinə önəmli dəstək verirlər.

Azərbaycanda bərqərar olan uğurlu sosial siyasət həmişə davamlılığı ilə fərqlənib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev həmkarlar ittifaqlarını vacib sosial tərəfdaş kimi qiymətləndirir, imzaladığı fərman və sərəncamlarda, qərarlarda bu həqiqəti əsas götürür.

– Bu gün AHİK Ulu Öndər tərəfindən əsası qoyulan sosial siyasətə hansı töhvəsini verir?

-Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) üzvü kimi respublikamızın dünyada nüfuzunun yüksəlməsində də fəal iştirak edir, vətəndaş cəmiyyəti quruculuğuna, demokratiyanın dərinləşməsinə və inkişafına öz töhfələrini verir. BHİK-in vitse-prezidenti seçilən Səttar Möhbalıyevin rəhbərliyi ilə AHİK nümayəndə heyəti müxtəlif beynəlxalq tədbirlərdə – konfrans və qurultaylarda müntəzəm olaraq Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırır.

Həqiqətən həmkarlar sferasında dəyərli işlər görülüb. AHİK daim üzvlərin qayğısına qalır. Onlara təmənnasız hüquqi məsləhət verir, işçinin əmək hüquqlarının pozulmasına qarşı çıxır, hüquqi yardım göstərir, əməyin mühafizəsinin təşkil edir, sanitar-məişət şəraitinin, tibbi xidmətinin yaxşılaşdırılması sahəsində dəstək göstərir, sağlamlığın bərpası və istirahətin təşkili üçün yollayışlar verir, ehtiyac yarandıqda maddi yardım ayırır, həmkarlar ittifaqları kitabxanalarının, mədəniyyət və idman obyektlərinin xidmətlərindən yararlanmağa şərait yaradır,  iş yerində əmək münasibətlərində yaranan problemlərlə bağlı araşdırma aparılmasını tələb edir.

Ən böyük ictimai təşkilat olan həmkarlar itiifaqları Ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində yaradılan, Prezidenet İlham Əliyevin  dəstəi ilə daha da inkişaf etdirilən, Birınci vıtse – prezident Mehriban xanım Əliyevanın hümanist siyasəti nəticəsində əsası qoyulan sosial siyasətə daim töhvəsini verir.

Təşkilat ölkədə sosial yönümlü qanunların layihəsinin hazırlanmasında, təsdiqində öz təklifləri və təşəbbüsləri ilə çıxış edir və cəmiyyətimizin aparıcı ictimai qurumlarından birinə çevrilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.