GDU-nun TƏLƏBƏSİ “BAKUTEL-2019” SƏRGİSİNDƏ İŞTİRAK EDİB

“Bakutel” sərgisi 25 illik yubileyini yeni brend və formatda təntənəli şəkildə qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

İT məhsul və xidmətlərin nümayişi üçün əsas sahə olan “Bakutel” sərgisi telekommunikasiya sahəsinin aparıcı oyunçularını bir araya gətirib. Sərgi Xəzər bölgəsindəki ən böyük İT sərgisi olmaqla yanaşı, həmçinin netvorkinq və işgüzar kontaktların qurulması üçün unikal məkandır.

“Bakutel” sərgisi yeniliklərin nümayişi üçün ölkənin ən böyük qovşağıdır. Sərgidə startapçılar da iştirak edib və müxtəlif fəaliyyət sahələri üçün öz layihələrini təqdim ediblər.

Yüksək Texnologiyalar Parkının startapları, həmçinin istər Bakıdan, istərsə də ölkə regionlarından olan startapların da daxil olduğu, “İdeyadan biznesə” startap turlarının finalçılarının layihələri təqdim olunub.

Bu təqdimatda həmçinin GəncəDövlət Universitetinin tələbəsi “Biobone” komandasının üzvü Zeynəb Namazova da iştirak edib. Təqdimatın sonunda xatirə şəkili çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.