GDU- da qabiliyyət tələb edən ixtisaslarda əyani dərslərə start verilib

Bildiyimiz kimi 15 fevral tarixdən  ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa edilib.

Etmtv. news xəbər verir ki, Gəncə Dövlət Universitetində də qabiliyyət tələb edən ixtisaslarda əyani dərslərə start verilmişdir. Universitetin rektoru professor Yusif Yusibov  əyani dərslərin qismən başlanması ilə II tədris binasında prafilaktik məqsədlə görülən işlərlə tanış olmuş, əyani dərslərdə iştirak edən tələbələrlə görüşmüşdür.

Tələbələr universitet binasına daxil olmadan əvvəl onların temperaturu  universitet əməkdaşları tərəfindən termometrlə ölçülmüş, əlləri xüsusi dizenfeksiyaedici məhlulla dezinfeksiya edildikdən sonra  binaya buraxılmışdılar.

Rektor Yusif Yusibov Təsviri incəsənət və Musiqi  fənnləri kafdralarında əyani dərslərdə iştirak edən  tələbələrlə görüşərək bu gün start verilən təhsil günündə onlara uğurlar arzu edərək, dərs ilinin əyani davam etməsini, tezliklə koronovirusa birdəfəlik əlvida deməyi  arzulamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.