Gənclər üçün örnəyə çevrilən vətən borcu

… İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib. Ehtiyata buraxılan hərbi qulluqçular arasında Azərbaycan Prezidenti, Ali Baş Komandanın oğlu Heydər Əliyev də var. … Bu mərasim bütün əsgər anaları, hərbi quluqçuların ailə üzvləri üçün xoş təəssürat yaradan hadisə kimi qarşılanmaqdadır. Dövlət başçısının oğlu Heydər Əliyevin hərbi xidmətini ləyaqətlə başa çatdırması cəmiyyətdə yaxşı bir ənənəni formalaşdırdı. … Ölkənin Birinci şəxsinin övladının hərbi mundir geyinməsi, Vətənə xidmət andı içməsi təhsildə, ictimai həyatda olduğu kimi hərbdə də həmyaşıdlarına nümunə oldu. Bu, eyni zamanda, övladlarını hərbi xidmətdən yayındırmağa cəhd edən bəzi məmurlara bir dərs oldu, onlar bu nümunəvi addımdan pay götürdülər. Bu sahədə müsbət tendensiya yarandı. … Heydər Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmət keçməklə Azərbaycanın Silahlı Qüvvələrinin aparıcı hissələrinin birində hərbi vətənpərvərlik ruhunun daha da yüksəlməsinə səbəb oldu. … Bu bir il ərzində Heydər Əliyev Azərbaycan gəncinə sübut etdi ki, Vətən, torpağ, Dövlət qarşısında hamı öz müqəddəs borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir. Bu Vətən hamımızın Vətənidir!

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.