Gəncədə yeniyetmə və gənclər arasında onlayn rəsm müsabiqəsi keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq 15 İyun – Milli Qurtuluş Günü münasibətilə yeniyetmə və gənclər arasında onlayn rəsm müsabiqəsi keçirilib.

Etmtv. news AZƏRTAC-a istinadən xəbər verir ki, Gənclər Evi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin də tərəfdaşlıq etdiyi müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini gənclər arasında geniş təbliğ etmək, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, istedadlı gənclərin üzə çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili olub.

Müsabiqədə Gəncə şəhəri və digər regionlardan 39 istedadlı yeniyetmə və gənc iştirak edib. Münsiflər heyətinin rəyinə və müsabiqənin nəticələrinə əsasən, Rahimə Mahmudova 1-ci, Elmira Həsənova 2-ci, Fatma Abdulsəlimova 3-cü, Leyla Abdullayeva isə həvəsləndirici yerə layiq görülüb.

Qaliblərə Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.