Gəncədə “Sosial mediadan səmərəli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Samux, Tovuz, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy rayonları, Gəncə, Mingeçevir və Yevlax şəhərlərinin Gənclər və İdman İdarələri, Gənclər Evlərinin əməkdaşları üçün “Sosial mediadan səmərli istifadəyə dair biliklərin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib.

Təlim kursunun açılışında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov və Peşəkar təlimçi Süleyman Əliyev çıxış edərək təlimin gedişatına uğurlar arzulamışdırlar.

Təlim kursunda facebook, twitter, instagram, youtube və s. sosial şəbəkə platformalarında gəncləri maraqlandıran kontentlərin gücləndirilməsi, məlumatların daha asan və qısa formada gənclərə çatdırılması, təhlillərin aparılması, müxtəlif proqramlarında işləmək, datanın yaradılması və gündəlik işin elektronlaşdırılması, tədbirlərin sosial şəbəkələrdə düzgün kommunikasiyasının qurulması, səhifələrin düzgün tərtibatı, məsafədən idarəetmənin asanlaşdırılması və s. istiqamətlər üzrə əməkdaşlara təlimlər keçirilib.

Təlimlərdə həm də nəzəri biliklərin praktikada tətbiqi öyrədilib, bilik və bacarıqlar təkmilləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.