Gəncədə Azərbaycan İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları şagirdlərlə görüşüb. Görüşdə DQİDK-nin Gəncə Bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova, Gəncə Şəhər İcra Hakimiyyətinin nüamyəndəsi, müəllim və şagird kollektivi iştirak ediblər. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin, DQİDK-nin Gəncə Bölgəsi üzrə şöbəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Çıxışlar zamanı məktəblilər Azərbaycan İlahiyyat İnstitutunun yaradılma məqsədi, fəaliyyəti, təhsil imkanları barədə məlumatlandırılıb. Cəmiyyətdə dinə olan marağı, savadlı mütəxəssislərin yetişdirilməsini və ilahiyyat elminin inkişafını təmin etmək üçün müstəqil ali təhsil müəssisəsinin yaradıldığı bildirilib. Qeyd olunub ki, İnstitutda ödənişsiz təhsil alan tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin edilirlər. Eyni zamanda, İslam dininin tədrisinə dair Quran, Hədis, Təfsir, Kəlam, Təsəvvüf kimi ənənəvi fənlərlə yanaşı, dinləri sosioloji və psixoloji tədqiq edən fənlərin də tədrisi təşkil olunur.
Tədbirdə o da qeyd olunub ki, İnstitutda digər aparıcı dünya dinlərinin xristianlıq, yəhudilik, hinduizm, buddizmin eləcə də fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm kimi sosial humanitar elmlər də tədris olunur. Ali təhsil ocağında tədris Azərbaycan dilində həyata keçirilir, həmçinin tələbələr ingilis, ərəb, klassik ibrani və fars dillərini öyrənmək imkanına malikdirlər.
Çıxışlardan sonra Azərbaycan İlahiyyat İnistitutunun video çarxı nümayiş olunub, şagirdlərin sualları cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.