Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniya çərçivəsində Gəncə könüllüləri də fəaliyyətə başlayıblar.
Kampaniyanın məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılmasıdır.
Könüllülər Gəncə küçələrində, parklarında, bank və poçt şöbələrində, ictimai nəqliyyat dayanacaqlarında və digər yerlərdə karantin rejiminin yumşaldılması şəraitində maarifləndirmə fəaliyyəti aparır, küçədə maskasız gəzən şəxslərə tibbi maska və əlcəklər təqdim edir, maska taxmağın vacibliyi və istifadə qaydaları barədə məlumat verir, sosial məsafənin saxlanılmasını təmin edir ödəmə terminallarını dezinfeksiya edirlər.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə martın 27-də 13 ictimai birlik və təşkilatı özündə birləşdirən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi yaradılıb. Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Mərkəz respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllüləri səfərbər edib.
Natella Cəfərova
Məndə aqrar inkişaf konullusu olaraq fəaliyyət göstərirəm və bizdə öz öhdəmizə düşən işi layiqincə yerinə yetirməyə çalışırıq