Gəncə konulluləri “Bir birimizi qoruyaq” aksiyasında fəal iştirak edirlər

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən start verilən “Bir-birimizi qoruyaq!” adlı kampaniya çərçivəsində Gəncə  könüllüləri də fəaliyyətə başlayıblar.
Kampaniyanın məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların kütləvi toplaşdığı yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin aparılmasıdır.
Könüllülər Gəncə   küçələrində, parklarında,  bank və poçt şöbələrində, ictimai nəqliyyat dayanacaqlarında və digər yerlərdə karantin rejiminin yumşaldılması şəraitində maarifləndirmə fəaliyyəti aparır, küçədə maskasız gəzən şəxslərə tibbi maska və əlcəklər təqdim edir, maska taxmağın vacibliyi və istifadə qaydaları barədə məlumat verir,  sosial məsafənin saxlanılmasını təmin edir ödəmə terminallarını dezinfeksiya edirlər.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə martın 27-də 13 ictimai birlik və təşkilatı özündə birləşdirən  Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi yaradılıb. Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Mərkəz respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllüləri səfərbər edib. 

Natella Cəfərova

One Comment on “Gəncə konulluləri “Bir birimizi qoruyaq” aksiyasında fəal iştirak edirlər”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.