Gəncədə “Narkomaniyaya yox deyirik!” adlı fləşmob keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü”nə həsr olunmuş “Narkomaniyaya yox deyirik!” adlı fləşmob keçirilib.
Heydər Əliyev Meydanında baş tutan fləşmobda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının fəal üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Dörd minə yaxın gəncin iştirakı ilə keçirilən fləşmobda “Narkomaniyaya yox deyirik!” şüarı canlandırılıb.
Qeyd edək ki, fləşmob Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanan tədbirlər planına uyğun olaraq hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.