Gəncə körpülərindən birinə “Şuşa” adı verilib

Gəncəçay çayı üzərindəki körpülərdən birinə “Şuşa” adı verilib. “Şuşa körpüsü” şəhərinin Mirzə Abbas Abbaszadə küçəsində yerləşir.
Bir sıra tarixi mənbələrə əsasən, körpü 1843-cü ildə inşa edilib. Layihəsi çar ordusunun hərbi mühəndisi, “poruçik” A.Q.Çartenskiyə məxsus olan körpü, Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpü hesab olunur. Bəzi iddialar görə, tikili Şah Abbas tərəfindən salınan qədim körpünün yerində inşa olunub.
Körpü uzun illər şəhərin müsəlman və xristian əhalisi arasında da keçid rolunu oynayıb. Belə ki, 1804-cü ildə Gəncə Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra şəhərə köçürülən ermənilər, çayın sağ sahilində – indi əhali arasında “ikinci hissə” kimi tanınan ərazidə məskunlaşıblar. 1920-ci ildə Azərbaycan bolşeviklərin istilasına məruz qaldıqda, Gəncənin yerli müsəlman əhalisi yadelli işğalına qarşı mübarizəyə qalxır. Bu vaxt fürsətdən istifadə edən ermənilər körpünün yuxarısından şəhərə girməyə cəhd ediblər. Körpünün üzərində qanlı döyüşlər gedib.
Sözügedən tarixi hadisələr Qurban Səidin “Əli və Nino” əsərində də öz əksini tapıb. Əsərin baş qəhrəmanı Əlixan Şirvanşirin düşmənlı son döyüşü məhz burada olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.