FHN jurnalistlər üçün təlim keçdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, Medianın İnkişafı Agentliyi  və UNEC Tədqiqat Fondunun dəstəyi İlə jurnalistlər üçün “Mina təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsində medianın rolu” mövzusunda təlim keçirilib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin şöbə rəisləri kapitan Süleyman Heydərov və baş leytenanat Elvin Qocayev slyadların müşayiəti ilə təlimin mövzusuna dair təqdimatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Təlimdə iştirak edən jurnalistlər əyani təlim vəsaitinin informativ sərgisi ilə tanış olublar.

Sonda təlimdə iştirak edən KİV nümayəndələrinə FHN XRXX-nin müvafiq sertifikatları təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.