Fazil Mustafadan Gəncə ilə bağlı VACİB TƏKLİF

Deputat Fazil Mustafa Milli Məclisin iclasında Gəncədə yeni universitet yaradılmasını təklif edib.

Sohnxeber.az-ın məlumatına görə, bunu deputat Fazil Mustafa parlamentdə Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

O bildirib ki, Gəncəyə ölkə başçısı tərəfindən insanların ayağına gedən bir icra başçısı təyin olunub və bu təqdir olunası haldır.

“Amma Gəncə kimi bir şəhərə həftədə 3 dəfə təyyarə uçur. Əgər biz regionların inkişafını istəyiriksə, o zaman hökumət Gəncəyə ən azından gündə bir dəfə təyyarə uçuşunu təmin etmək barədə düşünməlidir. Digər bir məqam isə ondan ibarətdir ki, regionların inkişafı məqsədi ilə sahibkarlara güzəştlər tətbiq edilməlidir.

Gəncə kimi ikinci şəhərdə elə bir universitet yaradılmalıdır ki, hamı oranı seçmək üçün mübarizə aparsın. Biz regionları inkişaf etdirməklə Bakının yükünü azalda bilərik. Odur ki, hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.