Fərid Qayıbov Türkiyənin “Haber Global” agentliyinə müsahibə verib

V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılara dəstək məqsədilə onların çıxışlarını tribunadan izləyən gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin “Haber Global” agentliyinə müsahibə verib.
Oyunların 24 idman növündən 22-də ölkəmizin təmsil olunduğunu qeyd edən nazir, özlərini burada öz evlərindəki kimi hiss etdiklərini bildirib. Konyada Azərbaycan idmançılarının uğurlu çıxışları barədə danışan nazir bir gündə 4 qızıl medal qazandıqlarını böyük sevinclə ifadə edib.
-“Ölkəmizdə idmana böyük qayğı və diqqət var. Buna görə də idmançılarımız öz uğurları ilə bizi sevindirirlər.-Nazir deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.