Ermənilərdən Əliyevə məğlub olan Paşinyana AĞIR SÖZLƏR

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında baş tutan debatda erməni baş naziri Nikol Paşinyanı darmadağın etdi.

Etmtv. news  Publika.az-a istinadən xəbər verir ki, Azərbaycan liderinin qarşısında çıxılmaz vəziyyətə düşən Nikol Paşinyan ölkəsində lağ obyektinə çevrilib.

Respublika Partiyasının sözçüsü Eduard Şarmzanov deyir ki, müzakirələr zamanı Paşinyan Ermənistanın qapısına avtoqol vurdu: “Əliyevlə Paşinyanın müzakirəsinə baxdınız? Bir neçə dəqiqə ərzində Ermənistan və Qarabağın qapısından avtoqollar buraxdı”.

Şarmazanov Paşinyanın ingilis dilində pis danışdığını və böyük Tiqran haqqında tarixi bilmədiyini qeyd edib.

“Böyük Tiqran haqqında danışmazdan əvvəl Bospor çarlığını, Roma imperiyasını xatırla. Mümkünsə, sən tarix haqqında danışma, qardaş”, – o bildirib.

Erməni politoloq Andranik Tevanyan hesab edir ki, debatda Nikol Paşinyan İlham Əliyevə məğlub oldu.

“Belə debatlarda “psixoloji hazırlıq” və “bədən dili” önəmlidir, Ermənistan tərəfi açıq şəkildə uduzdu. Azərbaycan Prezidenti növbəti dəfə tələblərini aydın və möhkəm şəkildə dilə gətirdi, Paşinyan isə faktiki olaraq heç bir aydın fikir deməyi bacarmadı. Paşinyan nə biliyə, nə də operativ reaksiya vermək qabiliyyətinə malikdir. Beləliklə, o, özünün “real çəkisini” nümayiş etdirdi. Sübut etdi ki, dövlət başçısının kostyumu ona çox böyükdür”, – erməni politoloq bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.