Emin Əmrullayev: “Yay məktəbi”nin təşkili dərs ilinin uzadılması deyil”

Təhsil naziri Emin Əmrullayev məktəblərdə “Yay məktəbi”nin əhəmiyyətindən danışıb. Nazir bu layihənin təşkilindəki məqsədin uşaqları yormaq və məcburiyyət olmadığını bildirib.

O, layihənin könüllü olduğunu qeyd edib: -“Bu, dərs ilinin uzadılması deyil. Çalışırıq ki, uşaqları evdən çıxarıb məktəbdə bir arada maraqlı məzmunla təmin edək. İki həftəlik olsa da, 10 günlük dərs müddətidir. Sual olunur ki, on gün ərzində nə öyrəniləcək? Öyrənmək istəyən şagird fəsilə və ya vaxta baxmır. Bəzən müəllimlər də şikayət edir. Nazirlik olaraq məzmunu daha zəngin etməyə çalışırıq. İyulun 8-dən başlayaraq “Yay məktəbi” üçün müraciət başlayacaq. İki gün ərzində 177 mindən çox müraciət daxil olub. Növbəti günlərdə sayın artacağına ümid edirəm”.

E.Əmrullayev deyib ki, “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya zamanı yaranan çətinlikləri qismən də olsa, bərpa etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.