“Ekologiyanı təmiz saxlayaq” şüarı altında ağacəkmə aksiyası keçirilib

Gəncə şəhər M.Hadi adına 10 nömrəli  tam orta məktəbin şagirdləri “Ekologiyanı təmiz saxlayaq” şüarı altında  ağacəkmə aksiyasında iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü münasibəti ilə keçirilən aksiyanın məqsədi ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.Bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühavizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırılır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.