Bu adam necə direktor oldu?-Təhsil naziri sualına cavab axtarır

“Adətən bir proses bitəndə onun qiymətləndirilməsi çox vacibdir. Məsələn, sosial şəbəkələrdə hansısa məktəb direktorunun problemli videoları yayılır. Nazirlik üçün bu, həmin direktorla olan əmək fəaliyyətinə xitam verilən günlə bitmir”.

Etmtv. news No Komment-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışında deyib.

Nazir bildirib ki, başqa vacib məsələ var və bu, cəmiyyət üçün də vacib olmalıdır: “Biz sual verməliyik ki, bu adam necə direktor oldu? Səmimi deyirəm ki, bu, çox vacib sualdır. Biz səhvmi etdik o direktor oldu?! Yoxsa bu, sadəcə sistemdə baş verə bilən 100 haldan biridir ki, bu indi təsadüf oldu. Və ya o, 10-15 il direktor işləyib.

Bütün “Necə oldu?” suallarının qiymətləndirilməsi və təkrar olaraq eyni səhvlərin buraxılmaması vacib məsələdir”.

P.S. Təhsil naziri bir çox illərdir cəmiyyəti də   maraqlandıran bu suala cavab axtarır. Onun özünə də, fikirlərinə də hörmətlə yanaşırıq! Bununla belə, bilən varsa, mütləq yazsın, desin, xəbər göndərsin!

Burda təəccüblü heç nə yoxdur. Demokratik cəmiyyətdə söz azadlığı bizim gələcək həyatımızın qarantıdır! Bilirsinizsə, deyin. Məsələn, Gəncə şəhərində bir məktəb direktoru var. Əvvəllər də məktəb direktoru işləyib. Lakin, çalışdığı dövrdə yalnız məişət pozğunu kimi yadda qalıb. Bir ailə də ondan ötrü dağılıb. Onu elə bu “məcara”larına görə işdən azad ediblər. Hamının gözlədiyinin əksinə, bu adam yenə də başqa bir məktəbə rəhbər təyinatı alıb. Necə, biz də bilmirik. Bilsəydik, deyərdik, yazardıq, lazımi yerlərə çatdırardıq!..

Heyf ki, bilmirik!..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.