Biz erməni terrorçularının bütün yuvalarını dağıdacağıq!

 Prezident İlham Əliyev Rusiyanın “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində Azərbaycan Ordusunun əzmkar zəfər yürüşünü, dövlətimzin haqq mübarizəsində qətiyyətli mövqeyini və xalqın Qarabağ savaşındakı mübarizlik ruhunu dünyaya bir daha bəyan etdi.
Prezident ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış əraziləri, o cümlədən – Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilana göndərilən Ermənistan ordusunun hərbçilərinin Azərbaycan torpaqlarından çıxarılmadan sülh masasına oturmağın mənasının olmadığını Rusiyanın ən nüfuzlu media orqanından beynəlxalq birliyə ünvanladı. Bu bəyanat həm də sülh çağırışları ilə terrorçu erməniləri xilas etməyə çalışan beynəlxalq güclərə qəti xəbərdarlıq idi. Azərbaycan Prezidenti bəyan etdi ki, indi “Status-kvo”nu biz dəyişdiririk. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərindən çıxmayınca “status-kvo”nin heç bir anlamı olmayacaq.
Aparıcının bütün suallarına qətiyyətlə diplomatik tərzdə sərrast cavab verən Prezident İlham Əliyev auditoriya qarşısında həddindən artıq məharətli güclü siyasi lider və xarizmatik şəxsiyyət olduğunu da nümayiş etdirdi. Nikol Paşinyan isə kəkələyərək yenə də sərsəm fikirləri ilə növbəti dəfə özünü biabır etdi. Paşinyan gah Türkiyənin bu müharibədə iştirakını, gah Suriyadakı hərbçilərin, gah da Pakistan ordusunun Azərbaycanda döyüşdüyünü iddia etdi, ancaq konkret sübut və dəlil tapa bilmədiyindən cavabını gətirməyə söz tapa bilmədi.
Paşinyan dili topuq çalaraq mövcud siyasi-hərbi vəziyyəti qarmaqarışıq və sərxoş bir tərzdə izah etməyə çalışdı. O tarixi həqiqətləri saxtalaşdırmaq istəsə də Cənab İlham Əliyevin sərt mövqeyi qarşısında susmağa məcbur oldu. Azərbaycan Prezidenti tam mahiyyəti üzrə tarixi faktlara istinad edərək Qarabağın tarixi, ermənilərin bura köçürülməsini konkret əsaslı dəlillərlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. XIX əsrin əvvəlllərinə qədər Qarabağ xanlığında erməni əhalisinin olmadığını, bu regiona kütləvi şəkildə 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında imzalanmış müqavilələrdən sonra İrandan və Şərqi Anadoludan kütləvi şəkildə köçürüldüyünü xatırlatmaqla ermənilərin Qarabağa gəlmə xalq olduğunu izah etdi. Qarabağın tarixən kimə məxsus olduğunu və Azərbaycan torpaqlarında məskunlaşmış ermənilərin saxta tarixi keçmişinin əsil mənzərəsini göstərdi. Doğru söz bıçaqdan da itidir, Paşinyan udqunub bu sərt güllə təsiri bağışlayan faktlara söz tapa bilmədi. İlham Əliyev onun böhtançı və saxtakar simasını yenə ifşa etdi.
Narkotik istifadəçisi təsiri bağışlayan Paşinyan digər absurd ittihamları ilə də özünü gülünc vəziyyətinə qoydu, düşdüyü aciz durumu daha da pisləşdirdi. O, Türkiyənin və Türkiyə Silahlı Qüvvələrinin müharibədə iştirakını yalandan qabardaraq digər ölkələri, xüsusən də Rusiyanı münaqişəyə cəlb etmək, Azərbaycan və Rusiyanı üz-üzə gətirmək kimi cəfəng niyyətlərini biruzə verdi, ancaq Prezident İlham Əliyevin əsil siyasi müdrikliklə Rusiya və Azərbaycanın yaxın münasibətlərinin inkişafına dair arqumentləri, təxribatçı Ermənistanın hiylə və fitnələrinə duz basdı, Paşinyanın faşist simasına şırım çəkdi.
Aparıcı Dmitri Kiselyovun baxışlarından, üz cizgilərindən hiss olunurdu ki, O Cənab İlham Əliyevin olduqca səmimi və humanist fikirlərinə daha diqqətlidir, Azərbaycan Prezidentinin siyasi dühasına və səlist nitqindən zövq alır. Paşinyanın isə biabırçı durumuna baxıb gülüşünü güclə saxlayırdı.
Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.
Şəkildə bunlar ola bilər: 1 nəfər, ayaqda və mətn

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.