Birinci qrupda 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər

Birinci qrupda 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il 1-ci qrup üzrə 14 924 plan yeri var. 200 baldan yuxarı nəticə göstərən imtahan iştirakçıları 10343-dür: “Bu, o deməkdir ki, 200 baldan yuxarı nəticə göstərən hər bir şəxs ali məktəbə daxil ola bilər. Əsas odur ki, onlar ixtissaları düzgün seçsinlər.

M.Abbaszadə qeyd edib ki, bu il üçün 44 766 nəfər ixtisas seçminə buraxılıb, onlardan 23 300-ü artıq öz seçimini edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.