“BİR” könüllülərdən növbəti dəstək

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın (IDEC) təşkilati işlərində Təhsil Nazirliyinin “BİR” Tələbə-könüllüləri yaxından iştirak ediblər.

“BİR” könüllülər 500-ə yaxın xarici iştirakçıların qatıldığı konfrans çərçivəsində əsasən qonaqların hava limanında qarşılanması, ziyafətlərin təşkili və Bakı şəhərinə turların həyata keçirilməsində aktiv fəaliyyət göstəriblər.

3 gün davam edən beynəlxalq konfransın bağlanış mərasimində tədbirin yerli və xarici tərəfdaşları, eləcə də iştirakçılar tərəfindən könüllülərə xüsusi təşəkkür bildirilib.

Qeyd edək ki, beynəlxalq konfrans Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və ABŞ-ın Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq konfransa Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və “ASAN xidmət” könüllü dəstəyi verib.

“Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 20 000-dən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.