Başqasının yerinə imtahana girmək istədi qarşısı alındı

Dövlət İmtahan Mərkəzi  ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunub.

Ümumilikdə imtahanların idarə olunmasına 59 ümumi imtahan rəhbəri, 174 imtahan rəhbəri, 1332 nəzarətçi-müəllim, 132 buraxılış rejimi əməkdaşı və 59 bina nümayəndəsi ayrılıb.

İmtahanda 14112 nəfərin iştirakı nəzərdə tutulurdu.  İmtahanlarda 13 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli abituriyentlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Mayın 16-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Bu gün keçirilən imtahanla bağlı operativ qərargaha daxil olan ilkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Bundan əlavə, 1 nəfərin başqasının yerinə imtahana girmək cəhdi də müəyyən olunub və qarşısı alınıb.

Qeyd olunan bütün qayda pozuntuları protokollaşdırılıb və hazırda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.