Bərdə rayon Mədəniyyət Mərkəzində “Zəfərə gedən yol” tamaşası nümayiş olunub

27 sentyabr-Anım Günü münasibəti ilə Bərdə rayon Mədəniyyət MərkəzindəBərdə Xalq Teatrının hazırladığı “Zəfərə gedən yol” tamaşası nümayiş olunub.

Tamaşanın nümayişindəşəhid ailələri,qazilər,Bərdə Regional Asan Xidmət Mərkəzinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimayətiiştirak edib.

Rejissor Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin daha da artırılması, təbliğ olunması, insanların teatr sahəsinə olan marağını artımaqdır.

Təsirli epizotlar ilə yadda qalan tamaşa  izləyiciləri kövrəltsə də aktyorların çıxışları zalda əyləşən izləyicilərin alqışları ilə sona çatıb.

Tamaşadan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümovavətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar azrulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.