Azərbaycan milli komandası İrəvanda keçirilən Avropa çempionatında iştirakdan imtina edərək vətənə qayıtdı

Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirakdan imtina edən Azərbaycan milli komandası Vətənə qayıdıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, ASAPES-in müəllim-tələbə heyəti, idman ictimaiyyətinin nümayəndələri, idman könüllüləri, idmançıların yaxınları, idman həvəskarları və media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı və Ermənistan tərəfi verdiyi təhlükəsizlik təminatına əməl etmədiyi üçün ağırlıqqaldırma millimiz turnirdə iştirakdan imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.