“Azərbaycan inciləri”, “Gəncə – Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” kitablarının təqdimatı olacaq

Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi, “Paşa Həyat Sığorta” ASC və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi uğurla davam edir.

Etmtv. news Trend-ə istinadən bildirir ki, bu seriyanın yeni nəşrləri olan “Azərbaycan inciləri”,  “Gəncə – Nizami yurdu” və “Qədim və gözəl Qarabağ” adlı kitabların təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimi 16 dekabr saat 16:00-da “JW Marriot” hotelinin “Şərq” zalında təşkil olunacaq.

Qeyd edək ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, ” Naxçıvan- Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası”, “Daş keşikçilər”, “Qarabağ – əsirlərin salnaməsi” adlı kitablar nəşr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.