Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar test imtahanı keçiriləcək

Bu gün 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar test imtahanı keçiriləcək.
Təhsil Nazirliyindən bildirilib ki, imtahanla bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Avqustun 4-də isə ibtidai sinif üzrə təkrar imtahanların təşkili nəzərdə tutulur.
Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat iyulun 28-30-da keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.
Xatırladaq ki, 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test imtahanı mərhələsinə iyulun 5-də start verilib. Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir.
Müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.