Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gəncədə vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 12 sentyabr 2024-cü il tarixində Gəncə İdman Sarayında Gəncə, Naftalan şəhərləri və Goranboy, Samux, Göygöl, Daşkəsən, Xocalı, Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Agentliyin sədri Qoşqar Təhməzli Ümummilli Lider Heydər Əliyevin şəhərin Baş meydanında yerləşən abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.