Atatürk Universitetinin nümayəndə heyəti ADAU-ya səfər edib

Türkiyənin Atatürk Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Səfərdə Səhiyyə Elmləri İnstitutunun müdiri professor Elif Çadırcı, müdir müavini professor Abdulmecit Albayrak, Klinik Tədqiqat, İnkişaf və Dizayn Tətbiqi və Tədqiqat Mərkəzinin müdiriprofessor Zekai Halıcı, Əczaçılıq fakültəsinin əməkdaşı professor Yasin Bayır iştirak ediblər.

Universitetin Baytarlıq təbabəti fakültəsində qonaqlarla keçirilən görüşdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qarşılıqlı elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdıraraq, xüsusilə balıqçılıq sahəsində birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Görüşdə Atatürk Universitetinin tanıtım çarxı nümayiş olunub.

Çıxış edən professor Abdulmecit AlbayrakAtatürk Universitetinin tarixi barədə danışıb.

Professor Zekai Halıcı təmsil etdiyi mərkəzdə görülən işlər və aparılan araşdırmalar barədə görüş iştirakçılarına geniş təqdimat edib.

Sonra Səhiyyə Elmləri İnstitutunun müdiri professor Elif Çadırcı Baytarlıq təbabəti fakültəsinin müxtəlif ixtisasdan olan tələbələri ilə görüşüb. Tələbələrə Atatürk Universitetinin maddi-texniki bazası və təhsil imkanları barədə ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.