Aqrar Universitetdə ödənişsiz təkmilləşdirmə kursları start götürüb

“Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) aqronomluq, baytarlıq və aqromühəndislik istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları başlayıb.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, layihə aqronomluq, baytarlıq və aqromühəndislik istiqaməti üzrə fəaliyyət göstərən mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

Layihədə Azərbaycan Qida Təhlüksizliyi Agentliyinin, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, “Azərşəkər” MMC, “MF Baytarlıq” MMC və bir sıra təşkilat və müəssisələrin əməkdaşları, ADAU məzunları, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlər iştirak edirlər.

Çıxış edən mütəxəssislər bu cür kursların vacibliyini vurğulayaraq, universitetin maşın-traktor parkının, müasir tədris mərkəzlərinin, heyvandarlıq komplekslərinin, Baytarlıq klinikasının, heyvan kəsimi sexinin, Quşçuluq tədris mərkəzinin, Süni mayalanma tədris mərkəzinin, qeyd olunan sahələr üzrə təkmilləşdirmə kurslarının təşkilinə geniş imkanlar yaratdığını diqqətə çatdırıblar.

Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar. Həmçinin kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.