ADAU-unun fakültələrində “Rektora Məktub” qutuları

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov fakültələrdə tələbələrlə mütəmadi olaraq görüşür, onların rəy və təklifləri dinləyir ki, bu da tədrisin, maddi-texniki təchizatın, tələbələrin asudə vaxtının səmərəli təşkilinin mövcud vəziyyətini qiymətləndirilməsində və daha səmərəli qərarların qəbul olunmasında mühüm rol oynayır.

Bu tədbirlərlə yanaşı, rektorun göstərişi ilə fakültələrdə “Rektora məktub” qutuları qoyulub. Tələbələr, eləcə də müəllimlər və digər əməkdaşlar öz rəy və təkliflərini bu qutular vasitəsilə də rektora ünvanlaya bilərlər.

Universitetin müəllim və tələbələri rektorun bu addımını sevinc və çox ruh yüksəkliyi ilə qarşılayıblar.

Anar Hatamov adlı şəxsin şəkli.
Anar Hatamov adlı şəxsin şəkli.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.