ADAU-nun bir qrup əməkdaşı Türkiyənin Diclə Universitetində olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Urfan Tağıyev və mütəxəssisi Sevil Həsənova Erasmus+ proqramı çərçivəsində Türkiyənin Diclə Universitetinə ezam olunublar.

Səfər zamanı ADAU-nun əməkdaşları Dicle Universitetinin rektoru, professor Mehmet Karakoçla görüşüblər. Görüş zamanı iki universitet arasında əməkdaşlığın inkişafının, tələbə-müəllim mübadiləsinin, ikili diplom proqramının həyata keçirilməsinin, təcrübə-tədqiqat sahəsində qarşılıqlı bilik və nailiyyətlərinin bölüşdürülməsinin önəmi vurğulanıb.

Həmçinin, nümayəndə heyəti Diclə Universitetinin Aqronomluq fakültəsinin laboratoriyaları, tədris-təcrübə təsərrüfatı, auditoriyaları və eyni zamanda Baytarlıq fakültəsi ilə də tanış olublar.

Gələcəkdə birgə ikili diplom proqramlarının həyata keçirilməsi, müəllim-tələbə mübadiləsi və birgə tədqiqat işlərinin aparılması barədə razılığa da gəlinib.

ADAU-nun bir qrup əməkdaşı Türkiyənin Diclə Universitetində olublar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.