ADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) YAP Gəncə şəhər Təşkilatı 1 saylı ərazi (ADAU) ilk partiya təşkilatının təşəbbüsü ilə 2 fevral – Gənclər Gününə həsr olunan “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilib.

Konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, Gənclər Günü ölkəmizdə gənclərə diqqət və qayğının hansı səviyyədə olduğunu, həm də bu günün təsis olunma səbəbini təhlil etmək zərurətini ortaya çıxarır. Bu gün böyük inam hissi ilə qeyd edirik ki, ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir.

Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağıdır. Ulu Öndər Heydər Əliyev gəncləri ölkəmizin gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılıdır. Onun müəllifi olduğu dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Həmçinin, çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədr müavini Nurəddin İbrahimov və ADAU-nun İctimai fənlər kafedrasının müdiri Azad Bayramov diqqətə çatdırıblar ki, gənclər Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında çoxluq təşkil edirlər. Yeni Azərbaycan Partiyası gənclərin ictimai – siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi və ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xüsusi qeyd olunur.

Tədbirdə tələbələrdən Röya Qasımzadə, Müslim Süleymanlı, Gülçin Nəbizadə və Aygün Əmrahova çıxışlar etdilər.

Sonda YAP GB-nin sıralarında xüsusi fəallığı ilə seçilən bir qrup tələbə təşəkkürnamə ilə təltif olunublar.

ADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilibADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilibADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilibADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilibADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilibADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilibADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilibADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilibADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilibADAU-da “Ümummilli Lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.